Xocalıya növbəti köç karvanı yola salınıb | FOTOLAR

   Xocalıya növbəti köç karvanı yola salınıb    | FOTOLAR
  28 Aprel 2025    Oxunub:569
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.
Bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür.





“Böyük Qayıdışın Xocalı salnaməsi davam etməkdədir. Sevinc, qürur və fəxr hissi ilə keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına, el-obalarına qayıdır. Döyüş meydanında 44 günlük Qələbə sayəsində hər kəs qüdrətimizi, iradəmizi gördü". Bu sözləri "Azərtac"a müsahibəsində keçmiş məcburi köçkün Səmədov Aftandil söyləyib.


O əmin olduğunu deyib ki, sürətli quruculuq işləri bunu deməyə əsas verir ki, Xocalı şəhəri ilə yanaşı bütün Qarabağ qısa müddət ərzində dünyanın böyük turizm potensialına malik regionuna çevriləcək.


“Allaha çox şükür ki, haqq-ədalət öz yerin tapdı. Bizim doğma yurd həsrətimiz sona yetdi. Xocalıya qayıtmaq məndə böyük qürur hissi yaradıb”,- Xocalının digər sakini Əsədova Seylan deyib. O əlavə edib ki, 2020-ci ildə Azərbaycan böyük qələbə qazandıqdan sonra dövlətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş əraziləri yenidən qurmaq, bərpa etmək, infrastruktur layihələrini həyata keçirmək, yaşayış məntəqələri salmaq olub: "Buna sübut olaraq hazırda ailəmlə birlikdə doğma yurduma qayıdıram".


Teqlər: Böyük-Qayıdış   Xocalı  





Xəbər lenti